Cümə axşamı 18 Oktyabr 2018

Təhsil

Gəncə məktəblərində “Son zəng” çalınıb

GanjaNews - 14/06/2018

Bu gün onların günü idi... Üzlərində təbəssüm, gözlərində kədər qarışıq sevinc sezilən məzunların. Bu gün onlar 11 il ərzində qapısını açdıqları siniflər, arxasında əyləşdikləri partalarla vidalaşıblar.

Gəncənin 46 tam orta məktəbinin 2337, Xarici Dillər və Futbol Təmayüllü gimnaziyalarının isə 54 şagirdi üçün “son zəng” çalınıb. Məktəblilərin "Son zəng" mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin nümayəndələri, millət vəkilləri, həmçinin Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektor və prorektorları iştirak ediblər.

M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri ilə görüşən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, onlara gələcək həyatlarında uğurlar arzu edib. Məzunlara vətəni, milləti sevməyi, dövlət və dövlətçilik ənənələrinə sadiq fərd olaraq yetişmələrini tövsiyyə edib.  

Qonaqlar və məktəbin müəllimləri də çıxış edərək məzunlara xoş arzularını çatdırıblar. Aşağı sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə təbrik ediblər.

Məktəb həyatı ilə vidalaşan 11-cilər bu illər ərzində bir yerdə olduqları sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərləndiklərini bildiriblər. Onların ifasında səsləndirilən mahnılar, təqdim olunan rəqslər maraq və alqışlarla qarşılanıb. Tədbirdə həmçinin tədris ili ərzində idman və fənn olimpiadalarda qalib gələn şagirdlərə, habelə fərqlənən müəllimlərə diplom və fəxri fərmanlar təqdim edilib.

Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.

Photogallery

35246288 1508651852573807 8353308849205149696 N 35236525 1508653002573692 5516779865581289472 N 35328672 259259501484353 6389610764516196352 N 35297167 259259541484349 8071284705091125248 N

Hadisə