Cümə axşamı 16 Avqust 2018

Cəmiyyət

Hərbi qulluqçular Gəncənin tarixi abidələri ilə tanış olublar

Samirə Süleymanlı - 14/06/2018

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Gəncə şəhərinin tarixi yerləri ilə yaxından tanış olub. Hərbi qulluqçular Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami muzeyi və Nizami məqbərəsini ziyarət ediblər.

Sonra hərbi qulluqçular “Vətən uğrunda!” səyyar təşviqat dəstəsinin “Əsgərdən salam!” layihəsində iştirak ediblər.

Nizami Gəncəvinin məqbərəsi qarşısında keçirilən tədbirdə “N” nömrəli hərbi hissənin əsgərləri canlı yayım vasitəsilə ailə üzvlərinə, doğmalarına salamlarını çatdırıblar.

 

 

Photogallery

30 31

Hadisə