Çərşənbə günü 19 Dekabr 2018

Cəmiyyət

Bu ay 5 gün ardıcıl iş olmayacaq

Kamilə Seyidli - 13/06/2018

İyunun 15-16-da Ramazan bayramı qeyd olunacaq.

İyunun 15-i həm də Milli Qurtuluş günüdür. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, iyunun 16-sı isə şənbə gününə təsadüf etdiyindən növbəti həftənin iki günü qeyri-iş günü elan edilib.

Belə ki, iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günləridir. İş həftəsi ayın 20-dən başlayır.

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür və həmin gün də qeyri-iş günü hesab edilir.

 

Hadisə