Çərşənbə günü 19 Dekabr 2018

Təhsil

ADAU-nun əməkdaşları Yevlax və Bərdə rayonlarında olub

Sənubər Göyüşqızı - 12/06/2018

Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı Yevlax və Bərdə rayonlarında olub, təhsil müəssisəsinin maddi-texniki bazası, sürətli inkişaf ömrü, ölkə başsının aqrar təhsilə qyğısı barə ətraflı məlumatlar verib, çoxsaylı sualları cavablandırıblar.

Görüşlərdə çıxış edən məsul katib Telman Musayev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini diqqətə çatdırıb. Bildirib ki, aqraryönümlü ixtisasların hamısı dövlət sifarişlidir. Tələbələr yüksək təhsillə yanaşı müasir standartlara cavab verən tələbə evlərində yaşayış yerləri ilə də təmin olunurlar.

Digər çıxış edənlər də aqrar sahəyə və aqrar təhsilə diqqət və qayğıdan, Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulmasından, iki tələbə evinin gənclərin istifadəsinə veriliməsindən, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunmasından danışıblar. Xüsusi vurğulayıblar ki, aqrarsahəyə savadlı kadr hazırlamaq üçün universitetdə hər bir şərait və tam şəffaf mühit mövcuddur. Ixtisas seçimi zamanı bu halların nəzərə alınması təbii ki, gələcəkdə ilk olaraq rahat iş yeri tapmaq, tələbəlik illərində ən yaxşı sosial şəraitə nail olmaq deməkdir. 

Bunlarla yanaşı görüş iştirakçıları ADAU-nun bu günü adlı video material izləyib, təhsil müəssisəsi haqqında daha geniş və dolğun məlumat əldə ediblər.

Photogallery

Adau Adau2 Adau3

Hadisə