Bazar günü 23 Sentyabr 2018

İdman

Gəncə şahmatçıları uğur qazanıblar

Samirə Süleymanlı - 12/06/2018

Gəncə şəhər 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Səadət Bəşirli və Leyla Budaqova 29 may-09 iyun 2018-ci il tarixlərdə Bakı şəhərində keçirilən yeniyetmələr arasında şahmat üzrə Azərbaycan birinciliyində yüksək nəticə əldə ediblər.

Səadət Bəşirli 8 yaşadək qızlar arasında gümüş medal qazanaraq, 19-30 avqust 2018-ci il tarixdə Latviyanın Riqa şəhərində keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb. Leyla Budaqova isə 10 yaşadək qızların yarışında bürünc medala sahib olub.

Photogallery

26