Bazar ertəsi 20 Avqust 2018

Sosial

Gəncədə 'Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti' mövzusunda tədbir həyata keçirilib

Kamilə Seyidli - 11/06/2018

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən GDU, ADAU və ATU-nun professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 10 aprel 2018-ci il tarixli 38 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Dövlət Aqrar Uiversitetində Gəncədə yerləşən GDU, ADAU və ATU ali təhsil müəssisəsinin 250-dən çox professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov, Dövlət qulluğu məsələləri üzrə sektorun müdiri Kamil Baxşəliyev, ADAU-nun rektoru İbrahim Cəfərov və Dövlət İmtahan Mərkəzi Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov da iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Mərkəzin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışmış və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib. Çıxışında dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən Bəhram Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olduqlarını iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilib. Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov Mərkəzin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə, Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektorunun müdiri Kamil Baxşəliyev isə dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında, karyerada inkişaf və s. barədə məlumat verib.

Tədbirdə Dövlət İmtahan Mərkəzi Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov iştirakçıların mövzudan kənar lakin DİM-in səlahiyyətlərinə aid olan suallarını açıq şəkildə izah edib və qaranlıq məqamlara aydınlıq gətirib.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırıb.

 

 

Photogallery

3 4 5

İdman

Hadisə

Cəmiyyət