Bazar ertəsi 17 Dekabr 2018

Mədəniyyət

Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

GanjaNews - 11/06/2018

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş “Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri F.Əmirov Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış ediblər.

Gecədə həmçinin Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, habelə Azər Zeynalov, Təyyar Bayramov, Arzu Əliyeva, Səbuhi İbayev kimi tanınmış musiqiçilərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib. Bunlarla yanaşı Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün lent yazıları da təqdim edilib. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Gəncə Dövət Filarmoniyasının səhnəsində çıxış edib edib. O öz və vaxtı ilə atasının repertuarına daxil olan mahnıları səsləndirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin final mərhələsində Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və Qazaxıstandan olan 12 nəfər iştirakçı dünya klassik operalarından ariyaları səsləndirib. İfaçıları Xalq Artisti Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Müsabiqənin Qran-Pri mükafatına türkiyəli iştirakçı Minə Kurtoğlu, I yerə rusiyalı iştirakçı Anastasiya Barun və gürcüstanlı iştirakçı Georgi Çelidze, II yerə rusiyalı iştirakçı Mariya Buynosova və qazaxstanlı iştirakçı Stanislav Li, III ukraynalı iştirakçı Yuliya Zasimova, özbəkistanlı iştirakçı Umid İsrailov və azərbaycanlı iştrakçı Elnarə Məmmədova layiq görülüblər.

Photogallery

1 2

Hadisə