Bazar ertəsi 20 Avqust 2018

İdman

Gəncə açıq səma altında yoqa təlimi keçirilib

Kamilə Seyidli - 11/06/2018

Nizami yurdunda şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Yoqa təlimi keçirilib.

Heydər Əliyev adına Park Kompleksdə yerləşən Gənclər Eviinin qarşısında baş tutan təlimin əsas məqsədi psixoloji, fizioloji sağlamlıq, təbiətlə harmoniya yarada bilmək, bundan əlavə, insanlarla pozitiv ünsiyyət qurmaq, stress atmaq, mənəvi inkişaf və ruhi kamilliyə çatmaqdır.

Bütün yaş qruplarından olan iştirakçılar üçün yoqa ustadlarının iştirakı ilə kütləvi yoqa təlimləri keçirilib, müxtəlif hərəkətlər nümayiş etdirilib və yoqanın faydaları barədə məlumat verilib. Açıq səma altında keçirilən təlimdə sağlam həyat tərzi, gözəllik, düzgün qidalanma və şəxsi inkişaf mövzularında müzakirələr də aparılıb.

Photogallery

Yoqa Yqa3 Yoqa3

İdman

Hadisə

Cəmiyyət