Çərşənbə axşamı 19 İyun 2018

Təhsil

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin nümayəndələri ATU-nun tələbələri ilə görüşüblər

Samirə Süleymanlı - 09/06/2018

Agentliklə universitet arasında imzalanan müqavilə çərçivəsində keçirilən görüşdə təlimçi qismində hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov iştirak edib. O, tələbələrə işgüzar vərdişlər formalaşdırmaq, nəzəriyyədən istehsalatda təcrübəyə inteqrasiya, maraqlı ideyaların həyata keçirilməsinə dəstək mövzularında faydalı məsləhətlər verib.

Qarşılıqlı diskussiya zamanı tələbələr aktiv iştirak edərək maraqlı təşəbbüslər irəli sürüblər.

Sonda ölkədə kiçik və orta biznes, eləcə də universitet və tələbələr üçün əhəmiyyətli olan ideyaların layihə şəklində agentliyə göndərilməsi tövsiyə edilib. Bu istiqamətdə tələbələrin daha artıq maarifləndirilməsi üçün “Gəncsən? Başla!” adlı maarifləndirici vəsait paylanıb.

Bildirilib ki, “Gəncsən? Başla!” böyük bir maraq doğuracaq kitabdır. Nəinki gənclərimizə eləcə də yeni addım atan abituriyentlərimizə də böyük tövhə verəcək.  Kitabın əsas məqsədi gənclərin öz karyerasını öz gələcəyini qurmaq üçündür.

Qeyd edək ki, kitabın təşkilatı dəstəyi Azərbaycan Universiteti, YARAT, Friends, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və ASAN Könüllüləri Təşkilatıdır.

Photogallery

16 17 18

Ən çox oxunan

Hadisə

Cəmiyyət