Çərşənbə axşamı 19 İyun 2018

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrı Gürcüstanda keçiriləcək festivala qoşulacaq

Sənubər Qocayeva - 09/06/2018

Gəncə Dövlət Dram Teatrında eyni vaxtda iki yeni tamaşanın məşqləri gedir. Hazırlanan səhnə əsərlərindən biri gələn ay Gürcüstanda keçirilən festivalda nümayiş olunacaq.

Gürcüstanda ənənəvi Nodar Dumbadze festivalına teatr səbəbkarın “Hellados” əsəri ilə yollanır. İyulun 5-10 arası keçiriləcək festivalda təqdim olunacaq tamaşanın məşqləri davam edir. Sevgi və anaya məhəbbətdən bəhs edən səhnə əsərinə quruluşu teatrın baş rejissoru İradə Gözəlova verib.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki, son 6-7 ildə 14 dəfə xarici ölkələrdə keçirilən çox möhtəşəm beynəlxalq teatr festivallarına qatılıb. Bu il artıq ikini festivalda iştirak edəcəyik. Nodar Dumbadzenin artıq bizdə ikinci əsəri səhnələşdirilib. Onun ilk əsəri “Ağ bayraqlar” əsəri olub. O, teatrın repertuarda uzun müddət  qalıb. Güman edirəm ki, həmişə olduğu kimi Gəncə Dövlət Dram Teatrı Nodar Dumbadze festivalında da teatrımızı, Gəncəmizi, ölkəmizi şərəflə təmsil edəcək.

Ən çox oxunan

Hadisə

Cəmiyyət