Çərşənbə axşamı 19 İyun 2018

Mədəniyyət

Gəncə Musiqi Kollecinin tələbələri hesabat konserti ilə çıxış ediblər

Kamilə Seyidli - 08/06/2018

2017-2018-ci tədris ili üçün yekun hesabat konsertində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Musiqi Kollecinin müəllim və tələbə heyəti, mədəniyyət və təhsil işçiləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Dövlət Filarmoniyasının “Kamera” zalında baş tutan konsertdə fərqli janrda olan musiqilər bir-birini əvəzləyib. Tələbələrin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları, muğamlarımızdan parçalar, o cümlədən dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Həm qrup, həm də solo şəklində təqdim olunan ifalar alqışlarla müşayət olunub. Gəncə Musiqi Kollecinin xor kollektivinin ifası isə xüsusi maraqla qarşılanıb.

Photogallery

PS2A1945 PS2A1940 PS2A1960 PS2A1936 PS2A1971 PS2A1963 PS2A1950

Ən çox oxunan

Hadisə

Cəmiyyət