Cümə axşamı 18 Oktyabr 2018

Elm

UTECA startapları əqli mülkiyyətə dair beynəlxalq konfransda böyük maraqla qarşılanıb

Sənubər Göyüşqızı - 08/06/2018

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans çərçivəsində təşkil olunan startap sərgisində Azərbaycan Texnologiya Universiteti (UTECA) tərəfindən təqdim olunan 3 yeni layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd olunub ki, universitetin Qida mühəndislyi fakültəsinin dekanı Mərdan Tağıyev tərəfindən hazırlanan balqabaq çörəyi həm zəngin komponentləri, həm də saxlama müddətinin uzun olması ilə diqqət çəkir. Tələbələrin “Ot milk” layihəsi isə çərəz və bitkilərdən qeyri-heyvan mənşəli südün hazırlanmasını nəzərdə tutur ki, bu məhsul da veqanlar üçün enerji dəyəri yüksək bir qida maddəsi hesab oluna bilər.

Çürümüş meyvələr və alaq otlarından təbii gübrə hazırlanmasını nəzərdə tutan “Kərənti” layihəsi haqqında məlumat da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Photogallery

Uteca Uteca1 Uteca2

Hadisə