Bazar ertəsi 20 Avqust 2018

İqtisadiyyat

Gəncə Avtomobil Zavodu traktor istehsalını artırır

Samirə Süleymanlı - 07/06/2018

Gəncə Avtomobil Zavodu və Minsk Traktor zavodu “Belarus” traktorlarının Azərbaycanda istehsalı üzrə müqaviləni 2018-ci ilin sonunadək artıra bilərlər.

Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov bildirib ki, yaxın zamanlarda zavod 1000 ədəd maşının istehsalını nəzərdə tutan əvvəlki müqavilə üzrə işləri başa çatdıracaq. Bununla da müqavilənin ilin sonunadək artırılması imkanı yaranır. Yeni müqavilə ilə yığılacaq traktorların sayı danışıqlar zamanı müəyyən ediləcək.

Qeyd edək ki, ötən ilin sonunda Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu arasında əməkdaşlıq barədə strateji saziş imzalanıb.

İdman

Hadisə

Cəmiyyət