Cümə axşamı 18 Oktyabr 2018

Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Bolqarıstanın vitse-prezidenti ilə görüşüb

Kamilə Seyidli - 06/06/2018

Görüşdə Mərkəzin Avropa İttifaqının strukturları ilə gələcək əməkdaşlıqla bağlı ideyaları müzakirə olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Bolqarıstanın vitse-prezidenti İliana Lotova, Baş nazirin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva, Mərkəzin İdarə Heyətinin üzvləri, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov və Rosen Plevneliev, sabiq Baş nazir Filip Dimitrovla görüşüb.

Mərkəzdən bildiriblər ki, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-2019-cu illər üçün nəzərdə tutulmuş fəaliyyət planı ilə bağlı müzakirələr, habelə VII Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar görülən işlər haqqında geniş fikir mübadiləsi aparılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşlərdə Mərkəzin Bolqarıstanda fəaliyyətinin daha da genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Son illərdə həyata keçirilən layihələr, xüsusilə Qlobal Bakı forumlarının dünyada mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik sahələrində problemlərin həlli yollarına dair maraqlı ideyaların irəli sürüldüyü mühüm bir platformaya çevrildiyi vurğulanıb.

Photogallery

30 31 32

Hadisə