Çərşənbə günü 19 Dekabr 2018

QHT

Gəncədə Azərbaycan Milli QHT Forumu tədbir təşkil edib

Kamilə Seyidli - 06/06/2018

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə AXC-nin yaradılmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan tədbirdə rektor İbrahim Cəfərov iştirakçıları salamlayaraq Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. İbrahim Cəfərov bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika olub. 

Tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili kimi elan edilməsinə dair fərman haqqında söz açıb. Rauf Zeyni rəhbərlik etdiyi şəbəkə haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün keşməkəşli bir tarixi yol keçib, uzun illər gərgin mübarizə aparmalı olub. Azərbaycan Xalq Cümhuriyyəti Muzeyində olan Rauf Zeyni orada tarix canlandırıldığını deyib.  

Tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova "AXC-nın tarixi aspektləri", İctimai TV-nin əməkdaşı Sevil Yusifova "AXC dövründə qadınların cəmiyyətdə rolu" mövzusunda çıxış ediblər.

Photogallery

14 16 13

Hadisə