Cümə axşamı 16 Avqust 2018

Mədəniyyət

Gəncədə Bülbülün 120 illik yubileyi qeyd ediləcək

GanjaNews - 06/06/2018

Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül adına Vokalçıların VII Beynəlxalq müsabiqəsi keçirilir. Müsabiqənin qalibləri iyunun 9-da Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edəcəklər.

Bülbül adına Vokalçıların VII Beynəlxalq müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli, 2847 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə ilə keçirilir.

Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirirlər.

İyunun 4-də başlayan müsabiqənin seçim turları ayın 7-də yekunlaşacaq.

SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19.00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19.00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Hadisə