Cümə axşamı 16 Avqust 2018

Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq təşkilatlar və siyasi klublarla əlaqələrini genişləndirəcək

Samirə Süleymanlı - 05/06/2018

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Latviyada bir sıra görüşlər keçirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Mərkəzin fəaliyyətinin həmsədr Vaira Vike-Freyberqanın rəhbərliyi altında daha da genişləndirilməsi ilə əlaqədar məsələlərin müzakirəsi üçün Latviyada bir sıra görüşlər keçirib.

Mərkəzdən verilən məlumata görə, Latviyanın sabiq prezidentləri - həmsədr Vaira Vike-Freyberqa, Andris Berzins, Valdis Zatlers, keçmiş Baş nazir Laimdota Straujuma ilə keçirilən görüşlərdə təşkilatın ötən dövrdəki fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışılıb. Görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif beynəlxalq təşkilatlar və siyasi klublarla əməkdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi də aparılıb, 2019-cu ildə keçirilməsi nəzərdə tutulan VII Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub. Həmçinin Qlobal Bakı Forumunun əhəmiyyətindən, dünyanı narahat edən problemlərin həllinə verdiyi töhfələrdən danışılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təklif və ideyalar müzakirə olunub. Azərbaycan dövlətinin Mərkəzin fəaliyyətinə verdiyi dəstək minnətdarlıq hissi ilə vurğulanıb.

 

Photogallery

4

Hadisə