Çərşənbə axşamı 19 İyun 2018

Səhiyyə

Gəncə şəhəri Gənclər Evində Autizm Reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

Samirə Süleymanlı - 04/06/2018

Gəncə Autizm Reabilitasiya mərkəzinin fəaliyyətində əsas məqsəd autizm sindromundan əziyyət çəkən gənc və uşaqların reabilitasiyasını təmin etməkdir. Mərkəzdə təlim alan uşaqlara müxtəlif idman növləri (velosiped, üzgüçülük, stolüstü tennis, yüngül atletika və s.) öyrədilir. Bununla yanaşı uşaqlara loqaped, psixoloq, psixopedaqoqlar vasitəsi ilə təlimlər və dərslər keçilir.

Həmçinin mərkəzdə təlim alan uşaqlara idmanın müxtəlif növləri üzrə yarışlar da təşkil olunur: Maneəli keçiddən adlama, hoppanma, rəng qruplaşdırma, qavrama əşya, mayallaq aşma əl-göz koordinasiyası top atma, top çiləmə, dairədən top keçirtmə (koordinasiya), skeyt sürmə, batutda hoppanma (ikili çalışma), yaddaş çalışması gizlədilmiş əşyanı tapma əl-göz koordinasiyası, hoppanma, sürünmə və s. Bundan başqa, Gəncə Autizm Reabilitasiya mərkəzində təlim alan uşaqlara ictimai reabiltasiya və sosiallaşma proqramı çərçivəsində də təlimlər təşkil olunur.

Qeyd edək ki, autizmlilərlə yanaşı, daun, uşaq serebal iflici və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yaradılmış xidmətlərdən yararlana bilərlər.

Ən çox oxunan

Hadisə

Cəmiyyət