Çərşənbə axşamı 19 İyun 2018

Mədəniyyət

Bu dünya gözəldirsə, uşaqlar var deyədir

Gülnar Fazilqızı - 02/06/2018

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətiylə konsert proqramı təşkil edilib. Şəhərdə olan məktəbəqədər təhsil müəssisələrinin balaca üzvləri, Gəncə Şəhər Uşaq Evinin sakinləri, habelə Gəncə Dövlət Kukla Teatrının aktyorlarının iştirakı ilə baş tutan şənlikdə rəngarəng anlar yaşanıb.

Balaca ürəklərinə böyük sevgi və sevincləri sığdıran balacalar bu hisslərdən böyüklərə də pay veriblər. Bir-birindən maraqlı rəqslər təqdim edərək özləri əylənib, valideynlərini fərəhləndiriblər.

Öz quruluşu ilə bir-birindən fərqlənən rəqslərdə, bəzən balacalar zərif çiçəyə dönüb, gözəllik və ətirləri ilə tamaşaçıları valeh ediblər, bəzən də böcək olub bu çiçəklərə min nəvaziş göstəriblər. Çizgi film personajları da unudulmayıb. “Bir dayan!”dan ilhamlanan balaca dovşan və canavarlar olduqca əyləncəli və maraqlı rəqslə tamaşaçıların alqışlarını qazanıblar. Kiçik gəmiçilər dalğalı dənizlərə səyahət edərək, “Bu dünya bizimdir!” deyərək, müxtəlif xalqlar adından sülh mesajı verən balaca dostlarına dəstək olublar.

Özündə Azərbaycan xalqının mənəvi dəyərlərini əks etdirən milli rəqslərimiz isə bayram şənliyinə xüsusi rəng qatıb. Hərbi geyimli balacaların əlində üç rəngli dövlət rəmzinin dalğalanması isə əsl vətənpərvərlik nümayişi olub.

Bəli, onlar öz günlərini belə qeyd ediblər. Seviniblər, sevindiriblər.

Və biz bilirik, bu dünya gözəldirsə, uşaqlar var deyədir. Kaş bir köpəninki qədər olardı sevgimiz də, nifrətimiz də... Var olun, əziz balalar. Siz sevməyi də, sevindirməyi də biz böyüklərdən yaxşı bacarırsız. Çünki siz xoşbəxtlik üçün elə də çox şey gərəkmədiyini bilirsiz. Gününüz mübarək!

Photogallery

RAG 9175 RAG 9114 RAG 9212 RAG 9215 34161688 1497428750362784 5061034881438449664 N RAG 9125 34306580 1497428000362859 3221017509683527680 N

Ən çox oxunan

Hadisə

Cəmiyyət