Cümə günü 14 Dekabr 2018

Elm

“Naftalan - 2018” Mültidisiplinar Beynəlxalq Elmi-Praktik Konfrasın açılışı olub

GanjaNews - 01/06/2018

“Naftalan - 2018” Mültidisiplinar Beynəlxalq Elmi-Praktik Konfrası AMEA, AMEA-nın Yüksək Texnologiya Parkı, A.İ.Qarayev adına Fiziologiya İnstitutu və Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatşılığı ilə keçirilir. Konfrasda Azərbaycanla yanaşı Gürcüstan, Çexiya və Qazaxstandan gələn elm adamları iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Naftalan neftinin müalicəvi xüsusiyyətləri, habelə təbabətdə istifadə imkanlarının genişləndirilməsi daha ətraflı araşdırılmalıdır. Naftalan neftinin tərkibinin, insan orqanizminə təsirinin, bu və ya digər xəstəliklərin müalicəsində istifadəsinin öyrənilməsi üçün molekulyar biologiya səviyyəsində tədqiqatlar aparılmalıdır. Təşkil olunan “Naftalan - 2018” Mültidisiplinar Beynəlxalq Elmi-Praktik Konfrasın təşkilindəki məqsədlərdən biri məhz budur. Əhliman Əmiraslanov  ölkədə tibb turizminin inkişafı istiqamətində görülən işlərə diqqət çəkərək, konfransın bu sahədə də faydalı ola biləcəyini deyib.

AMEA Gəncə Regional Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev söylənilənləri təstiqləyərək, naftalan neftinin sadəcə Azərbaycan yox, dünyanın sərvəti olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə ilk tədqiqatlar A.İ.Qarayev adına Fiziologiya İnstitutu tərəfindən aparılıb. İstifadə edilən Naftalan neftinin təkrar emalının mümkünlüyü məsələsinə toxunan akademik-katib qeyd edib ki, bu 40-a yaxın xəstəliyin müalicəsində faydalı olan neftin, daha səmərəli istifadəsinə gətirib çıxara bilər.

İki gün davam edəcək konfransda “Naftalan neftinin bioloji təsirinin tədqiqi: tarix, müasir vəziyyət və inkişaf prespektivləri”, “Tibbi-bərpa strukturlarında təklif edilən müalicə xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi. Təbii ehtiyyatların istifadəsində elmi tədqiqatların aparıcı rolu”, “Müalicəvi Naftalan yağı əsasında yeni dərman preparatlarının yaradılması prespektivləri” kimi mövzular ətrafında mühazirələr dinlənilib. Gürcüstan, Çexiya və Qazaxstanda tibbi-bərpa və sanatoriya-kurort xidmətlərinin təşkili, təcrübə və prespektivlərindən söz açılıb.

Qeyd edək ki, Naftalanda irili-xırdalı 10-a yaxın sanatoriya fəaliyyət göstərir. Bu turizm-müalicə mərkəzlərində gün ərzində 2 mindən artıq qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı mövcuddur.

Photogallery

Naftalan Naftalan2 Nafta Naftalan5

Hadisə

Təhsil