Çərşənbə axşamı 19 İyun 2018

İdman

Gəncədə Spartakiadanın bağlanış mərasimi keçirilib

Kamilə Seyidli - 30/05/2018

Spartakiada da 7 idman növü üzrə yarışlar keçirilib.

Heydər Əliyev Park kompleksində Gənclər evində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci il dönümü” münasibəti ilə şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Spartakiadanın bağlanış mərasimi keçirilib.

Spartakiada da voleybol, stolüstü tennis, şahmat, dama, basketbol, mini futbol və atletika daxil olmaqla 7 idman növü üzrə yarışlar keçirilib. Tədbirdə  tələbələrlə yanaşı Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və Paraolimpiya çempionu Ramil Qasımov iştirak ediblər. Qeyd edək ki, qaliblər Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Photogallery

Received 1536162903159622 Received 1536163109826268 Received 1536162776492968 Received 1536162503159662 Received 1536163986492847 Received 1536163896492856

Ən çox oxunan

Hadisə

Cəmiyyət