Cümə axşamı 18 Oktyabr 2018

Səhiyyə

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Gəncədə

Sənubər Göyüşqızı - 29/05/2018

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Gəncə şəhərində pasiyentlərə xidmət göstərib.

Azərbaycan Dövlət Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən olan bu aksiyanın keçirilməsində məqsəd operativ şəkildə gəncəli pasiyentləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, eyni zamanda, mərkəzin Gəncə filialına gəlmələrinə şərait yaratmaqdır.

Bildirilib ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə ikinci dəfə aksiyaya başlayan Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar qatarın uzunluğu 25, eni 3 metrdir. Gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya və İtaliya ölkələrinin şirkətlərinə məxsusdur.

Photogallery

3 2

Hadisə