Çərşənbə günü 19 Dekabr 2018

AXC - 100 İL

İstiqlal bəyannaməsi

GanjaNews - 28/05/2018

Tarix: 28 may 1918-ci il. Saat 20:10. Məkan: Gürcüstan,Tbilisi,sabiq Qafqaz canişini N.N.Qrandyukun sarayı, Cənubi Qafqaz Seyminin müsəlman qrupuna ayrılan salon. Müsəlman Şərqində ilk demorkartik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilir və 6 bənddən ibarət “İSTİQLAL BƏYƏNNAMƏSİ” imzalanır.

AZƏRBAYCANIN MÜSTƏQİL DÖVLƏT ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN MİLLİ ŞURASININ QƏRARI

28 mayıs, sənə 1918 ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası - rəis müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məhəmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məhəmmədyusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikaslanov və Hacı Mirzə Səlim Axundzadə əfəndilə-rin iştirakı ilə Azərbaycanın istiqlalı haqqında zildəki əqdi elan etdi: 

Orijinal mətn

Azərbaycanca

ایستیقلال بیان‌نامه‌سی
عقدنامه

İstiqlal Bəyannaməsi

بؤیوک روسیا اینقیلابی‌نین جریانیندا دؤولت ووجودونون آیری-آیری حیصصه‌لره آیریلماسی ایله زاقافقازیانین روس اوردولاری طرفین‌دن ترکینه مؤوجیب بیر وضعیتی-سیاسیه حاصیل اولدو. کندی قوایی-مخصوصه‌لرینه ترک اولونان زاقافقازیا میللت‌لری موقددرات‌لاری‌نین ایداره‌سینی بالذات کندی ال‌لرینه آلا‌راق زاقافقازیا قوشما خالق جومهورییتی‌نی تاسیس ائتدی‌لر. وقایع- سیاسیه‌نین اینکیشاف ائتمه‌سی اوزرینه گورجو میللوتی زاقافقازیا قوشما خالق جومهورییتی جوزین‌دن چیخیب‌دا موستقیل گورجو خالق جومهورییتی تاسیس‌ینی صلاح گؤردو. روسیا ایله عوثمانلی ایمپئراتورلوغو آراسیندا ظوهور ائدن موحاريبه‌نین تصوییه‌سی اوزون‌دن حاصیل اولان وضعیت حازظرئیی-سیاسیه و مملکت داخیلینده بولونان میثیل‌سیز آنارخیا جنوب-شرقی زاقافقازیا‌دان عبارت بولونان آزربایجانا دخی بولوندوغو داخیلی و خاریجی موشکولات‌دان چیخماق اوچون خوصوصی بیر دؤولت تشکیلاتی قورماق لوزومونو تلقین ائدیور. بونا بینان آرای-عومومیه ایله اینتیخاب اولونان آزربایجان شورایی-میللیه‌یی ایسلامیه‌سی بوتون جماعته اعلان ائدیور کی:

Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

١. بو گون‌دن اعتبارن آزربایجان خالقی حاکمیت حققینه مالیک اولدوغو کیبی، جنوبی و شرقی زاقافقازیا‌دان عبارت آزربایجان دخی کامیل-ال-حقوق موستقیل بیر دؤولت‌دیر.

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

٢. موستقیل آزربایجان دؤولتی‌نین شيکلی-ایداره‌سی خالق جومهورییتی اولا‌راق تقررور ائدیور

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

٣. آزربایجان خالق جومهورییتی بوتون میللت‌لر و بیلخاصه، همجیوار اولدوغو میللت و دؤولت‌لرله موناسیبتی-حسنه تاسیسی‌نه عزم ائدیور

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti - həsənə təsisinə əzm edər.

٤. آزربایجان خالق جومهورییتی میللت، مذهب، صینیف، سیلک و جینس فرقی گؤزلمه‌دن قلمروووندا یاشایان بوتون وطنداش‌لاری‌نا حقوقی-سیاسیه و وتنیه تامین ائیلر.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

٥. آزربایجان خالق جومهورییتی اراضی‌سی داخیلینده یاشایان بیلجومله میللت‌لره سربستانه اینکیشاف‌لاری اوچون گئنیش میدان بوراخیر

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

٦. مجلیسی-موسسیسان توپلانینجایا قدر آزربایجان ایداره‌سی‌نین باشیندا آرای-عومومیه ایله اینتیخاب اولونموش شورایی-میللییه‌یه قارشی مسئول حوکومتیمووققت‌ی دورور".

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

حسن بی آغایئو، فتحعلی‌خان خویسکی، نصیب به‌ی یوسیف‌به‌ی‌لی، جامو به‌ی هاجینسکی، شفی به‌ی روستم‌به‌ی‌لی، نریمان به‌ی نریمان‌به‌ی‌وو، جاواد ملیک-یئقانوو، موصطافا ماحمودوو

Həsən bəy AğayevFətəli xan XoyskiNəsib bəy YusifbəyliCamo bəy HacınskiŞəfi bəy RüstəmbəyliNəriman bəy NərimanbəyovCavad Məlik-YeqanovMustafa Mahmudov

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə imzaladığı İstiqlal Bəyannaməsinin orijinal nüsxəsi hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır. 

Photogallery

Declaration Of Independence Of Azerbaijan In French

Hadisə