Çərşənbə axşamı 14 Avqust 2018

AXC - 100 İL

100 il əvvələ ehtiram, 100 il sonraya salam!

GanjaNews - 28/05/2018

Ənənəsini, tarixini, əxlaqını, dəyərlərini 70 il ürəyində, beynində, sandığında qoruyub saxlayan, yaşadan Xalq Cümhuriyyəti varisləri adından salam olsun!

Salam olsun, bu millətin qəlbində közərən İSTİQLAL atəşini yenidən alovlandıranlara! Salam olsun, bu İSTİQLALI bütün dünyaya bəyan edənlərə! Salam olsun, hərb meydanında can qoyub, məsud yaşam üçün çalışanlara. Salam olsun, İSTİQLAL günəşinin yenidən parlayacağına inananlara! Sizə dərin hörmət və ehtiram!

Və siz! Gələcək varislər! Sizə salam olsun! Artıq 27 ildir ki, yenidən parlayır o istiqlal günəşi. Ayın bağrına sığınmış ulduzumuz yenidən başımız üzərindədir. Bayrağımın şəhidlərin qanından rəng almış al qırmızısı, azadlıq eşqi ilə çırpınan qəlblərin nəfəsi ilə yenidən dalğalanır! 

Siz! Gələcək varislər! Əmin olun ki, bu millət var olduqca, Azərbaycan da var olacaq. 100 il əvvələ dönüb baxdıqda bizi xatırlayın və unutmayın: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönmənzdir”! Biz buna əminik! Çünki bilirik: “bir kərə yüksələn bayraq, bir daha enməz”! 

Cümhuriyyətinin 100 ili mübarək, Azərbaycan!

Hadisə