Çərşənbə axşamı 19 İyun 2018

İqtisadiyyat

Gəncədə peşə müəssisələrinin məzunlarının özünüməşğulluq imkanlarının artırılmasına dair tədbir keçirilib

Sənubər Göyüşqızı - 26/05/2018

“Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınin maliyyə dəstəyi ilə" Sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılma-sı " layihəsinin icrasına başlamışdır.

Layihənin icrası Gəncə şəhərində yerləşən  Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində həyata keçirilir.

Layihənin əsas məqsədi-sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunla-rının özünüməşğulluq imkanlarının artırılması və bunun əsasında onların məşğulluq probleminin həllinə yardım etməkdir.

Layihə fəaliyyətləri peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq və sahibkarlıq fəaliy-yətinə başlamaları üçün bilik və bacarıqlarının inkişaf etdirilməsini, onların maşğulluq imkanlarının artırılmasını nəzərdə tutan təlim sessiyasının keçirilməsini; sahibkarliq fəalyyətində elektron xidmətlərdən istifadə ilə bağlı seminarların təşkilini; həmçinin sahibkarlıq fəaliyyətinin müxtəlif aspektləri, biznes təşəbbüslərin həyata keçirilməsi, biznes planın hazırlanması ilə bağlı  məlumat -məsləhət xidmətinin göstərilməsini  nəzərdə tutur.

Belə ki:

    -layihə icrası dövründə ilk öncə peşə təhsili mərkəzlərində sahibkarlığın təşviqi ilə bağlı məlumatlandırma kampaniyaları keçiriləcək və “Biznes Təşəbbüsləri” təlim-məsləhət xidmətinin təşkili üçün birləşdirilmiş resurslar formalaşdırılacaqdır.

    -növbəti mərhələdə,  Beynəlxalq Əmək Təşkilatının sertifikatlaşmış təlimçilərinin cəlb edilməsi ilə, formalaşdırılmış təlim-məsləhət xidməti resursları hesabına peşə təhsil mərkəzlərini bitirmiş və bitirmək üzrə olan gənclərə “Bizneslə tanışlıq”modulu üzrə 6 təlim sessiyası təşkil ediləcək, ”Sahibkarlıq fəalyyətində elektron xidmətlərdən istifadə” modulu üzrə 3 seminar keciriləcəkdir.

   -layihənin 3-cü ayından başlayaraq, paralel olaraq, formalaşdırılmış təlim qrupu üzvləri və digər icma təmsilçiləri üçün “Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları”, “Biznes planın hazırlanması”, ”Elektron xidmətlərdən istifadə” və digər aktual mövzularda məlumat-məsləhət xidmətləri  təşkil ediləcəkdir.

Sonda maraqlı tərəflərin iştirakı ilə əldə olunmuş nəticələrin müzakirəsinə həsr olunmuş seminar-görüş keçiriləcəkdir.

Layihə fəaliyyətləri nəticəsində  peşə təhsili mərkəzlərini bitirmiş və bitirmək üzrə olan 22 məzun özünüməşğulluq və  sahibkarlıq fəaliyyətinə başlamaq sahəsində nəzəri biliklər və  praktik vərdişlər əldə edəcək, İKT-dən praktik istifadə bacarıqlarını artıracaqdırlar. Eyni zamanda hədəf seçilmiş peşə təhsili müəssisələrinin məzunları özünüməşğulluq və sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi, biznes planın hazırlanması, biznes üçün maliyyə vəsaitlərinin axtarışı məsə-lələri ilə bağlı göstərilmiş 48  məlumat-məsləhət  xidmətindən faydalanacaqdır.

Hədəf seçilmiş peşə təhsili müəssisələri məzunları tərəfindən  16 biznes təklifin irəli sürülməsi, 7 biznes planın hazırlanması, 5 nəfərin isə sahibkarliq subyekti yaratmadan özünüməşğulluq fəaliyyətinə başlaması proqnozlaşdırılır. Əldə ediləcək uğur göstəriciləri “Azərbaycan Respub-likasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin reallaşmasına əhəmiy-yətli bir töhfə olacaqdır.

Photogallery

IMG 0793 IMG 0788

Ən çox oxunan

Hadisə

Cəmiyyət