Cümə axşamı 18 Oktyabr 2018

QHT

“Odlar Yurdu” beynəlxalq layihədə təmsil olunacaq

Kamilə Seyidli - 22/05/2018

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin 5 fəaliyyət istiqamətlərindən biri- beynəlxalq əlaqələrin inkişafı çərçivəsində növbəti beynəlxalq layihənin tərəfdaşı olub.

Avropa Komissiyasının (The European Commission) Erasmus Plus proqramı çərçivəsində Rumunyanın Krayova şəhərində keçirilən “You are not alone” (sən tək deyilsən) adlı layihə əlil insanların cəmiyyətə inteqrasiyası mövzusu istiqamətində, gənclər mübadiləsi proqramı formatında icra olunacaq.

Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə 5 nəfərlik heyyətlə “Odlar Yurdu” 31 may- 6 iyun tarixlərində layihəyə qatılacaq. Layihə çərçivəsində Azərbaycan mədəniyyət gecəsi təşkil olunacaq və ölkəmiz gənclər tərəfindən layiqincə təmsil olunacaq.

Cari ilin aprel ayında Rumunyada layihənin hazırlıq görüşündə iştirak edən sədr İngiltərə, Yunanıstan, Bolqariya, Azərbaycan, Türkiyə və Rumunyadan ümumilikdə 35 nəfər gəncin layihədə iştirak edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, bu layihə İctimai Birliyin sayca 18-ci beynəlxalq layihə tərəfdaşlığıdır. Birlik Türkiyə, Sloveniya, İtaliya, Norveç, Moldova, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə keçirilən layihərin tərəfdaşı olaraq könüllü gənclərə həmin layihələrdə iştirak imkanı tanıyıb, onların dünyagörüşlərinin, xarici dil və s. kimi vacib biliklərinin artmasına dəstək olub. Həmçinin bütün layihələrdə təşkil olunan “Azərbaycan Mədəniyyət gecəsi” vasitəsilə ölkəni yüksək səviyyədə və layiqincə təmsil ediblər.

Photogallery

15 19

Hadisə