Çərşənbə axşamı 19 İyun 2018

Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Gəncədə olub

GanjaNews - 21/05/2018

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncədə olub. O, Regional Peşə Tədrisi Mərkəzi, Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi, habelə Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinə baş çəkib.

Regional Peşə Tədrisi Mərkəzində olan Sahil Babayev burada tədris üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib.  Mərkəz Gəncə ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da müvafiq peşələrə yiyələnmələri, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədinə xidmət göstərəcək. S.Babayev Mərkəzdə görülən işlərin keyiyyətlə və daha sürətli aparılmasını, digər vətəndaşlarla bərabər, əlilillərin də peşə hazırlığının və rahat hərəkətinin təşkili üçün uyğun şəraitin yaradılmasını tapşırıb. 


Nazir Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini də nəzərdən keçirib, müvafiq tapşırıqlar verib.  Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatmış şəxslər bu Mərkəzdə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Müəssisədə müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılacaq. Mərkəzin cari il ərzində istifadəyə veriləcəyi planlaşdırılır.


Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialına gələn S.Babayev burada protez-ortopedik məmulatların hazırlanması şəraitinin və əhaliyə xidmətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb. 

Photogallery

39455535b016867db504 81168095b0168684faac 5611185b0168683b66e 85459685b01686810309 98581755b01686824b26 7019055b016867efd27 11004795b016868642f5

Ən çox oxunan

Hadisə

Cəmiyyət