Bazar günü 23 Sentyabr 2018

QHT

'Gələcəyə Körpü' Gəncə şagirdləri üçün yeni layihə həyata keçirir

Kamilə Seyidli - 21/05/2018

Layihə 3 ay müddətində davam edəcək.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncə şəhərində 18 Aprel-18 İyul, 2018-ci il tarixlərini əhatə edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatıarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gəncə şagirdlərinin ictimai fəallıqlarının və müasir təhsil metodları haqqında biliklərinin artırılması sahəsində təlimlərin təşkili” adlı layihə həyata keçirəcəkdir.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinator Təhminə Quliyeva bildirib ki, layihənin əsas məqsədi Gəncə şəhərində ümumtəhsil məktəb şagirdlərinə liderlik, ictimai çıxış, natiqlik, ictimai vəkillik mövzuları və müasir elektron tədris resurslarından istifadə qaydalarının aşılanması mövzularında maarifləndici təlimlər keçməklə şagirdlərin ictimai fəallıqlarının artmasına, sağlam düşüncəli  vətəndaş olaraq yetişmələri və elektron tədris metodlarından istifadə bacarıqlarına yiyələnməklərinə nail olmaqdır. 

Bu çərçivədə Gəncə şəhərində 26-27 May 2018-ci il tarixlərində "Gələcəyə Körpü" GİB-nin ofisində "Təlimçilər üçün təlim", 30 May 2018-ci il tarixində paralel şəkildə qeyd edilən ümumtəhsil orta məktəblərində (Gəncə şəhər 5, 10, 13, 16, 20, 26, 27, 28, 32, 39 nömrəli tam orta məktəblər) müvafiq mövzularda seminarlar həyata keçiriləcəkdir.

Nəticə etibarilə şagirdlər təlimlərin sonunda - lider olmağın sirləri, ictimaiyyət qarşısında necə çıxış etməli və davranmalı, ictimai ərazilərdə rast gəldikləri problemləri (məsələlər) necə ictimailəşdirməli və həll tapmaları, müasir elektron tədris vəsaitləri və onlardan düzgün istifadə haqqında nəzəri və praktiki bilik əldə edəcəklər.   

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncə şəhərində 18 Aprel-18 İyul, 2018-ci il tarixlərini əhatə edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatıarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gəncə şagirdlərinin ictimai fəallıqlarının və müasir təhsil metodları haqqında biliklərinin artırılması sahəsində təlimlərin təşkili” adlı layihə həyata keçirəcəkdir.

            Layihənin əsas məqsədi Gəncə şəhərində ümumtəhsil məktəb şagirdlərinə liderlik, ictimai çıxış, natiqlik, ictimai vəkillik mövzuları və müasir elektron tədris resurslarından istifadə qaydalarının aşılanması mövzularında maarifləndici təlimlər keçməklə şagirdlərin ictimai fəallıqlarının artmasına, sağlam düşüncəli  vətəndaş olaraq yetişmələri və elektron tədris metodlarından istifadə bacarıqlarına yiyələnməklərinə nail olmaqdır. 