Bazar günü 23 Sentyabr 2018

Təhsil

GDU-da milli vətənpərvərlik mövzusunda konfrans keçirilib

Sənubər Göyüşqızı - 16/05/2018

“Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həll yollarının araşdırılması” mövzusunda təşkil olunan konfrans Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin təşkilatçılığı ilə reallaşıb.

GDU-da baş tutan konfransda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin sədri Radə Abbas, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar (BİRA) İctimai Birliyinin sədri Zaur Qəriboğlu, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov,  Prezident yanında Dövlət Dil Komissiyasının üzvü Mübariz Yusifov,  GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə,yazıçı Aybəniz Qafarlı, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Cavid Bağırzadə tarixin müxtəlif dövrlərində Azərbaycan ərazilərinin yadelli hücumuna məruz qaldığını, ermənilərin təcavüzkarlığı nəticəsində torpaqlarımızın işğal edildiyini diqqətə çatdırıb. Dosent  tariximizin öyrənilməsi, təbliğ edilməsi, gənc nəsillərə çatdırılması baxımından bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. 

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin sədri Radə Abbas bildirib ki, Azərbaycanda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində sistemli iş aparılır. Sədrlik etdiyi İctimai Birlik də bu məqsədə xidmət edir və təkcə son aylarda gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik bir neçə tədbir həyata keçirib.

Müzakirələrə qoşulanlar gənclərə daim xalqa xidmət etməyi, Vətənə, millətə layiqli övlad olmaq üçün çalışmağı tövsiyyə ediblər. Çıxışlarda  işğal altındakı ərazilərimizin tezliklə geri qaytarılacağına, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda üç rəngli bayrağımızın dalğalanacağına əminlik ifadə olunub. 

Tədbir diskussiya şəklində davam edib.

Photogallery

Qht1 Qht Qht2