Çərşənbə axşamı 20 Noyabr 2018

Siyasət

Deputatlarımız Gürcüstanda səfir Dursun Həsənovla görüşüblər

Sənubər Göyüşqızı - 16/05/2018

Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla görüş keçiriblər.

Görüşdə Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanaraq, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan mühüm enerji və nəqliyyat layihələrinin həm iki ölkənin, həm də bütövlükdə regionun inkişafına mühüm töfhələr verdiyi bildirilib. Qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verdiyi qeyd olunaraq bu mənada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun səfərinin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Görüşdə həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası, ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə rayon rəhbərliyi, Gürcüstan parlamentinin deputatları və ziyalılarla, həmçinin Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşlər keçiriblər.

Photogallery

6 5