Cümə günü 21 Sentyabr 2018

Elm

Aqrar Universitetdə elmi seminar keçirilib

Sənubər Göyüşqızı - 16/05/2018

Seminar fermerlərin iştirakı ilə gerçəkləşib.

Azərbaycan Dövlət Aqrar Universitetində elmi seminarların təqvim planına uyğun aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə istiqaməti üzrə fermerlərin iştiraki ilə elmi seminar keçirilib.

Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, respublika iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ərzaq təminatının yaxşılaşdırılması kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafından asılıdır.

Seminarda maliyyə və iqtisadi nəzəriyyə kafedrasının baş müəllimi Təranə Bağırova “İstehsal kooperativlərinin inkişafına dair dövlət dəstəyinə nəzəri baxışlar”, dosent əvəzi Elsevər Quliyev “Aqrar kooperasiyanın inkişafına dair dünya təcrübəsi”, assistentlər Cəfər Cəfərov, Niyaz Məmmədov “Azərbaycanda kənd təsərrüfatında subsidiyalaşdırmanın mövcud durumu” mövzularinda məruzə  ediblər.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov isə seminarın əhəmiyyətindən, verəcəyi nəticələrdən danışıb.

Məruzə ətrafında seminar iştirakçılarını maraqlandıran suallar səsləndirlib və çıxışlar edilib.

Photogallery

Adau3 Adau2