Bazar günü 23 Sentyabr 2018

Təhsil

Müharibə veteranı Qüdrət Cəfərov məktəblilərin qonağı olub

Samirə Səmədova - 15/05/2018

Maraqlı keçən görüşdə Qüdrət Cəfərov böyük həvəslə şagirdlərin suallarını cavablandırıb.

Mehdi Mehdizadə adına Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə Böyük Vətən Müharibəsi iştirakçısı, 98 yaşlı veteran Qüdrət Cəfərovla görüş keçirilib. Müharibə veteranı Qüdrət Cəfərov şagirdlərə müharibə illərindən. döyüş yoldaşları ilə bağlı xatirələrindən, günlərlə səngərlərdə qalmalarından söz açıb. 

Qüdrət Cəfərov bildirib ki, Böyük Vətən Müharibəsi zamanı Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərilib. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltikarespublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

 Görüşün sonunda məktəblilər müharibə veteranı ilə xatirə şəkili çəkdiriblər.

Photogallery

9 May 1 32214732 2077021339218867 2601352641967554560 N 32260795 2077021325885535 6545982543714320384 N