Çərşənbə günü 18 İyul 2018

İdman

Gəncədə YAP fəalları stolüstü tennis üzrə yarış keçiriblər

Sənubər Göyüşqızı - 15/05/2018

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə silsilə tədbirlər davam edir. YAP fəallarından ibarət komandalar “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında və “Şahmat” türnirində bilik və bacarıqlarını sınayıblar.

Gənclər Evində təşkil edilən yarışda isə gənclər stolüstü tennis idmanı üzrə qalib adı uğrunda mübarizəyə qatılıblar.

 Azərbaycan Respublikası Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının şöbə müdirləri Hüseyn Budaqov, İsmayıl İsmayılov, Gənclər Evinin rəhbəri Amil Qurbanov və digərləri çıxış edərək müsabiqənin iştirakçılarına uğurlar arzulayıb, xalqımızın Ümummillli lideri Heydər Əliyev ideyalarının müstəqil Azərbaycanın inkişafının əsas mənbəyi olduğunu bildirib, onun layiqli varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik yolundakı qazandığı zəfərlərdən, tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə dövlət qayğısından danışıblar.

Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiyan Universiteti, Gəncə Musiqi Kolleci və Gəncə Dövlət Regional Kolleci tələbələrindən ibarət 5 komandanın iştirakı ilə yarışlara start verilib. Hər komandada 3 nəfər mübarizə aparıb.

Rasim Həsənovun baş hakim olduğu yarışda komanda hesabında I yerə Gəncə Dövlət Universitetinin komandası, II yerə Azərbaycan Dövlət Aqrar Universitetinin komandası, III yerə isə Azərbaycan Texnologiya Universitetinin komandası sahib olub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilən yarışlar Kapital Bankın və ABC telekom şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir və növbəti yarış mini-futbol üzrə keçiriləcək.

Photogallery

4 5 3 2