Cümə günü 16 Noyabr 2018

İdman

Gəncə İdman Klubu qələbə qazanıb

Samirə Süleymanlı - 15/05/2018

GİK-in idmançısı İlham Ağayev qızıl medal qazanıb.

Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunan veteranlar arasında keçirilən stolüstü tennis üzrə respublika yarışı keçirilib. Gəncə İdman Klubunun (GİK) nümayəndəsi İlham Ağayev 11-ci dəfə qızıl medala laiq görülüb. Yarışda ölkənin bütün reqionlarından 50-ə yaxın idmançı iştirak edib.

GİK-in idmancçısı öz kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək birinciliyi əldə edib.

Qeyd edək ki, Gəncə şəhərində bir necə ildir ki, fəaliyyətə başlayan GİK-u artıq bir necə idman növü üzrə qalibləri şəhərimizə bəxş edib, və idmancılar artıq böyük yarışlarada qatılırlar. GİK-un rəhbəri Elvar Osmanov bu il cüdo, döyüş sambosu və kikboksinq üzrə idmançılarımız dünya avropa yarışlarına hazırlıq gördüklərini söyləyib və ölkəmizə qızıl medallar gətirəcəklərinə ümid bəslədiyini bildirib.

Photogallery

2

Təhsil