Bazar ertəsi 15 Oktyabr 2018

Cəmiyyət

Gəncə hava limanı bir ay ərzində 'ASAN viza' sisteminə keçəcək

Samirə Səmədova - 15/05/2018

Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN viza" sisteminə keçəcək.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib. 

O bildirib ki, hazırda Heydər Əliyev hava limanında "ASAN viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir: "Əcnəbi rüsumu "online" və banka yaxınlaşıb ödəyə bilər".

 Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN viza vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar da açıqlanıb.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib ki, "ASAN viza"nın qiyməti 20 dollardır: "Amma aeroportda sistem necədirsə, biz də eyni qaydada işləyəcəyik, yəni viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır".

Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub: "İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa, dərhal müdaxilə olunacaq".

Hadisə