Bazar ertəsi 20 Avqust 2018

Təhsil

Gəncədə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Samirə Süleymanlı - 14/05/2018

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak ediblər. Dövlət İmtahan Mərkəzi Gəncə bölməsinin rəhbəri Nəsimi Məmmədov bildirib ki, imtahanlar 7 binada təşkil olunub. İmtahanların idarə olunmasına 25 imtahan rəhbəri, 301 nəzarətçi-müəllim cəlb edilib.

Qəbul imtahanında Gəncə və ətraf 13 rayondan olan 3.857 abituriyent iştirak etmək üçün qeydiyyatdan keçib. Abituriyentlərdən bir nəfəri sənəd uyğunsuzluğuna görə imtahana buraxılmayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər abituriyentdə isə gizli yolla imtahan binasına keçirmək istədiyi mobil telefon aşkar edilib. Dörd nəfər abituriyent isə qanun pozuntusuna yol verdiyi üçün imtahan zalından kənarlaşdırılıb.

Nəsimi Məmmədov bildirib ki, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün stasionar metal axtaran aparatlar quraşdırılıb. İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanıb və 3 saat davam edib.

Qeyd edək ki, Ivə IV qruplar üzrə imtahan isə may ayın 20-də keçiriləcək. Yayda keçiriləcək qəbul imtahanında iştirak etmək istəyən bituriyentlər üçün qeydiyyat isə mayın 17-dən iyunun 14-ə kimi davam edəcək. 

İdman

Hadisə

Cəmiyyət