Cümə günü 25 May 2018

Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Macarıstanın dövlət katibi İstvan Mikola ilə görüşüb

Samirə Səmədova - 14/05/2018

Macarıstanın baş naziri Qlobal Bakı Forumuna dəvət olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Budapeştdə Macarıstanın dövlət katibi İstvan Mikola ilə görüşüb.

Mərkəzdən verillən məlumata görə görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Tərəflər VI Qlobal Bakı Forumunun Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Dövlət katibi İstvan Mikola ölkəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə mühüm tərəfdaş kimi yanaşdığını qeyd edib. O, Macarıstanın müvafiq qurumları ilə mərkəz arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Görüşdə mərkəzin son zamanlar Balkan və Şərq ölkələrində əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda qlobal problemlərin müzakirə edildiyi forumun Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və növbəti tədbirin gələn il yenidən Bakıda təşkil ediləcəyini bildirilb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Macarıstanın Baş nazir Viktor Orbánın foruma dəvət olduğunu deyib. 

Hadisə

Cəmiyyət