Bazar ertəsi 15 Oktyabr 2018

Cəmiyyət

ADAU-da 'İrəvansız 100 il' adlı tədbir keçirilib

Sənubər Göyüşqızı - 14/05/2018

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar (BİRA) İctimayi Birliyinin təşkilatçılığı ilə ADAU-da "İrəvansız 100 il" adlı ictimai müzakirə xarakterli konfrans keçirilib.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbiri giriş sözü ilə açaraq, tarixin müxtəlif dövrlərində Azərbaycan ərazilərinin yadelli hücumuna məruz qaldığını, İrəvan xanlığının mərkəzi sayılan İrəvan şəhərinin də məhz bu təcavüzkarlıq nəticəsində işğal edildiyini diqqətə çatdırıb. O, tariximizin öyrənilməsi, təbliğ edilməsi, gənc nəsillərə çatdırılması baxımından bu kimi tədbirlərin əhəmiyyətli olduğunu dilə gətirib.

BİRA İctimai Birliyinin sədri Zaur Qəriboğlu qeyd edib ki, icrasına başladıqları "İrəvansız 100 il” mövzusunda tədbirlərin təşkili, sosial şəbəkələrdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün elan etdiyi I qrant müsabiqəsinin qalibi olub.

Bütövlükdə isə bu işə 2016-cı ilin mayından başlanılıb. Ötən il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə iravan.2018.com ensiklopedik portal yaradılıb. "İrəvansız 100 il” adı altında maarifləndirici tədbirlərin keçirilməsinə başlanılıb.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas da tədbirdə çıxış edərək, İrəvan xanlığının tarixindən söhbət açıb, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlıların təşkil etdiyinə diqqət çəkib.

Çıxışlarda işğal altındakı ərazilərimiz geri qaytarılacağına, tezliklə əzəli Azərbaycan torpaqlarında üç rəngli bayrağımızın dalğalandırılacağına minlik ifadə olunub.

Tədbir diskussiya şəklində davam edib.

Photogallery

IMG 6639 IMG 6666 Adau1 Adau2 IMG 6661

Hadisə