Bazar ertəsi 20 Avqust 2018

Təhsil

Gəncədə 'Qələbə bizimdir' adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

Sənubər Göyüşqızı - 12/05/2018

Tədbir şəhər Nizami Aydın adına 18 saylı tam orta məktəbdə təşkil edilib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi, onların vətəndaşlıq hisslərinin yüksəldilməsidir.

İnformatika müəllimi Günay Bayramovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Günay Bayramova çıxış edərək, bildirib ki,  vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Ulu öndər Heydər Əliyevin sözlərini xatırladan Günay Bayramova qeyd edib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.

Şagirdlərin ifasında Vətənə, millətə, dövlət atributlarına aid şeirlər səsləndirilib.

Tədbirdə müəllimin və şagirdlərin əsgər geyimində olması, Azərbaycanın şanlı bayrağının səhnəyə alqış sədaları altında gətirilməsi uzun müddət iştirakçıların xatirəsindən silinməyəcək.

Tədbir şagirdlərin “Qələbə bizimdir, bizim olacaq” , “Hər şey Vətən üçün” şüarlarını səsləndirlməsi ilə başa çatıb.

Photogallery

3 2

İdman

Hadisə

Cəmiyyət