Bazar ertəsi 20 Avqust 2018

Siyasət

Gəncəli deputatlar Gürcüstana səfər edəcəklər

GanjaNews - 12/05/2018

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu mayın 13-dən 16-dək Tbilisidə səfərdə olacaq. Rəhbəri Əflatun Amaşov olan işçi qrupuna Kamilə Əliyeva, Ramin Musabəyov, Hikmət Məmmədovla yanaşı, Gəncədən olan deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev daxildir.

Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun dəvəti əsasında həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. 

Milli Məclisin nümayəndə heyətinin Gürcüstanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub. 

 

İdman

Hadisə

Cəmiyyət