Cümə günü 25 May 2018

Səhiyyə

Gəncədə sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu müzakirə olunub

GanjaNews - 12/05/2018

“Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusundakı elmi-praktik konfrans Mərkəzi Klinika Bakı və Mərkəzi Klinika Gəncə xəstəxanalarının birgə təşəbbüsü ilə keçirilib. Konfransın əsas məqsədi dünyada mövcud olan elmi nailiyyətlərə yiyələnmək, yenilikləri respublikamızda tətbiq etmək və müvafiq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaqdır.

Mərkəzi Klinik Xəstəxananın Baş Direktoru İxtiyar Sultanov çıxış edərək bildirib ki, səhiyyə xidmətlərinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Mərkəzi Klinika Bakı və Mərkəzi Klinika Gəncə xəstəxanalarının əməkdaşlığı nəticəsində sadəcə Gəncə yox, ətraf bölgələrin sakinlərinə də beynəlxalq standartlara uyğun xidmətlər göstərilir. Xəstəxanada sonsuzluğun müalicəsində ən müasir üsul sayılan Ekstrakorporal Mayalanma və Embrioloji laboratoriya yaradılıb və ən müasir tibbi avadanlıqla təchiz olunub.

Daha sonra Professor Kadir Savan, dosent Serdar Ceylaner, dosent Gülay Ceylaner, Mərkəzi Klinika Qadın Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Mahirə İsmayılova, mərkəzin mütəxəssisləri: doktor Sevinc Sevdimalıyeva, embrioloq İlyas Karayaka və digərləri elmi mühazirələrlə çıxış ediblər. Konfrans öz işini elmi-praktiki müazakirələrlə davam etdirib.

Photogallery

15261397442944445189 1000x669 1526139744333103078 1000x669

Hadisə

Cəmiyyət