Cümə günü 18 Yanvar 2019

Təhsil

Yeni Zelandiyalı mütəxəssis ADAU-da fəaliyyətini yekunlaşdırıb

Sənubər Göyüşqızı - 11/05/2018

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində universitetdə çalışan Yeni Zelandiyalı mütəxəssis, doktor Brian Milestone fəaliyyətinə yekun vurub.

Brian Milestone universitetdə fəaliyyət göstərdiyi 3 ay müddətində tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, birgə müayinələrin və əməliyyatların aparılması, fermer təsərrüfatlarına səfərlər çərçivəsində səmərəli işlər görüldüyünü bildirib. Universitetdə yaradılmış şəraitə görə təşəkkürünü bildirən Brian Milestone əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Səmərəli fəaliyyətinə görə qonağa dərin minnətdarlığını bildirən baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, dosent Telman İsgəndərov universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Təşəkkürnaməsini ona təqdim edib.

Photogallery

Adau1

Ən çox oxunan

Hadisə