Bazar ertəsi 24 Sentyabr 2018

Səhiyyə

Gəncədə Psixiatriya Xəstəxanası tikiləcək

Sənubər Göyüşqızı - 11/05/2018

Bu barədə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov məlumat verib.

Direktor bununla bağlı artıq tender elan edildiyini bildirib. Tenderə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanası yenidən tikiləcək.

Tender iştirakçıları öz  təkliflərini iyunun 7-dək tender komissiyasına təqdim etməlidirlər. Tenderin açılışı iyunun 8-də olacaq.

Fuad İsmayılov bildirib ki, hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.