Bazar ertəsi 20 Avqust 2018

Mədəniyyət

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyi keçirilib

Samirə Süleymanlı - 11/05/2018

Konfransda Mir Cəlal Paşayevin elmi-pedaqoji fəaliyyətindən söz açılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı və böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin bədii yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirilib ki, Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı, tələbələri üçün xeyirxah müəllim və əsl elm fədaisi olub.

Akademik İ.Həbibbəyli Mir Cəlal Paşayevin Ədəbiyyat İnstitutunda elmi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.

Sonra tədbirdə “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, “Mir Cəlal nəsrində bədii yumor”, “Mir Cəlal Paşayevin elmi irsi” və digər mövzularda məruzələr dinlənilib.

Photogallery

15260306515626722830 1000x669 15260306515811364520 1000x669 1526030651111277336 1000x669 15260306516467854731 1000x669 15260306515057432209 1000x669 15260306514623149670 1000x669

İdman

Hadisə

Cəmiyyət