Cümə günü 25 May 2018

Mədəniyyət

Türkiyənin Bursa Bölgə Dövlət Simfonik Orkestrı Gəncə Dövlət Filarmoniyasının səhnəsində

Kamilə Seyidli - 08/05/2018

Gəncə Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkənin hər yerində olduğu kimi, Gəncədə də umummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən silsilə tədbirlərin keçirildiyini bildirib. Ulu öndərin siyasi fəaliyyətindən söz açan şəhər rəhbəri, Heydər Əliyevin bütün həyatını Azərbaycanın müstəqilliyinə, azadlığına həsr etdiyini vurğulayıb. Heydər Əliyev olmasaydı, bugünki Azərbaycan olmazdı, deyən Elmar Vəliyev, Gəncədə aparılan abadlıq-qurulucuq işlərindən, reallaşdırılan irimiqyaslı tikinti layihələrindən də söz açıb. O bildirib ki, umummili liderin siyasi kursunu layiqi ilə davam etdirən İlham Əliyevin Gəncəyə olan xüsusu diqqəti sayəsində şəhər günü-gündən gözəlləşir, tarixiliyini qoruyaraq müasirləşir.

Rəsmi hissədən sonra Türkiyənin Bursa Bölgə Dövlət Simfonik Orkestrı Gəncə tamaşaçıları qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Yalçın Adıgözəlovun dirijorluğu ilə Orkestr F.Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “7 gözəl” baletindən “Vals” ifa edib. Bursa “Bölge” Dövlət Simfonik Orkestrının müşayəti ilə Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalovanın ifasında “Qara gilə”, Ehtiram Hüseynovun ifasında “Kor ərəbin mahnısı”, “Qarabağ şikəstəsi” alqışlarla qarşılanıb. Azərbaycanın Xalq artisti Samir Cəfərovla Türkiyənin İzmir Opera və Balet Teatrının solisti Levent Gündüzün solo ifa və duetləri isə tamaşaçılarda xüsusi maraq yaradıb. Onlar Jorj Bizenin “Karmen” opearsında, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar ifa ediblər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı Samir Cəfərovun ifasında sözləri Baba Vəziroğlu, musiqisi Kəmaləddin Heydərova məxsus “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.

Photogallery

53 55

Hadisə

Cəmiyyət