Cümə axşamı 18 Oktyabr 2018

Mədəniyyət

“Cine Club” yeni filmlərlə gəncləri sevindirir

Rəvanə Hacıyeva - 08/05/2018

Klubda nümayiş olunan filmlərin seçimində gənclər özləri iştirak edirlər.

Artıq 5 ildir YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən  “Cine Club” gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə xidmət edir. Maarifləndirici, vətənpərvər ruhun aşılanması, kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə yaradılan ”Cine Club” bu müddət ərzində ətrafına yüzlərlə gənci toplamağı bacarıb.

Hər həftənin şənbə günündə gəncləri yeni filmlərlə sevindirən “Cine Club” bu dəfə Türkiyə istehsalı “Mutluluk zamanı” filmini təqdim edib.  Baş rollarını məşhur türk aktyorlar Barış Arduç ilə Elçin Sanqunun paylaşdığı filmi gənc kino həvəskarları böyük maraqla izləyiblər.

 YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəal üzvləri əvvəlcədən ənənəyə sadiq qalaraq, sosial şəbəkədə günün nəbzinə uyğun bir neçə tarixi, sənədli, bədii filmlərin adını paylaşır, səs çoxluğu qazanan film kino həvəskarlarına təqdim edilir.

Hadisə