Cümə günü 25 May 2018

İdman

“Kəpəz” - “Sumqayıt” oyunu heç-heçə yekunlaşıb

Sənubər Göyüşqızı - 05/05/2018

Futbol üzrə Topaz Premyer Liqasında XXVI turun açılış matçında “Kəpəz” komandası “Sumqayıt”ı qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. Dario Federiko 66-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək adını tabloya yazdırıb.

Lakin oyunun sonuna yaxın - 86-cı dəqiqədə Amil Yunanov hesabı bərabərləşdirib – 1:1. Beləliklə, “Kəpəz” - “Sumqayıt” matçı heç-heçə başa çatıb.

Turun ikinci günündə - mayın 5-də “Keşlə” klubu səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Zirə” səfərdə “Səbail”in qonağı olacaq.

Mayın 6-da isə “Qarabağ” və “Neftçi” klubları üz-üzə gələcəklər. Bu oyundan sonra tura yekun vurulacaq.

Hadisə

Cəmiyyət