Cümə günü 25 May 2018

QHT

Məcburi köçkünlərin xüsusi qayğıya ehtiyacı olan uşaqlarına davamlı reabilitasiya xidmətləri göstəriləcək

Kamilə Seyidli - 04/05/2018

Layihə çərçivəsində uşaq və yeniyetmələrdə yaradıcılığa təşəbbüs meylləri güclənəcək, əmək yönümlü peşələrə maraq artacaq.

“Regional İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məcburi köçkün və digər ailələrin xüsusi qayğıya ehtiyacı olan uşaqlarına davamlı Reabilitasiya xidmətlərinin göstərilməsi” layihəsinin may ayından icrasına başlayıb.

Layihənin əsas məqsədi Gəncə-Qazax iqtisadi rayonu üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. Layihə dövründə 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunacaq.

Layihə rəhbəri Aynur Əliyeva bildirib ki, həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində həmin uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaq.

Photogallery

20180503 163159 Resized 20180503 163514 Resized

Hadisə

Cəmiyyət