Cümə axşamı 18 Oktyabr 2018

İdman

Kəpəz doğma azarkeşlər önündə Sumqayıtla üz-üzə gələcək

Kamilə Seyidli - 04/05/2018

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Turun ilk matçında aşağı liqaya düşməsi dəqiqləşən "Kəpəz" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək.
 
Bu qarşılaşma komandalar arasında yubiley oyunu olacaq. Ölkənin ikinci və üçüncü şəhərlərinin klubları indiyədək 19 dəfə qarşılaşıblar. Gəncəlilər 5 oyunda qələbə qazanıbsa, "gənclik şəhəri" təmsilçisi 8 matçda rəqibindən üstün olub. Altı görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də "Sumqayıt" klubu öndədir - 27-21. "Sumqayıt" ardıcıl 3 oyundur rəqibini məğlub edir. "Kəpəz" isə bu komandaya qarşı son 7 görüşdə 1 qələbə qazana bilib.
 
Turun daha iki qarşılaşması mayın 5-də keçiriləcək. "Qəbələ" "Keşlə"ni, "Səbail" "Zirə"ni qəbul edəcək. Son matçda isə "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.
 
Premyer Liqa, XXVI tur
 
4 may (cümə)
 
16:00. "Kəpəz” – "Sumqayıt” 
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli 
AFFA nümayəndəsi: Rauf Hüseynli 
Hakim-isnpektor: Füzuli Nəcəfov
 Gəncə şəhər stadionu
 

5 may (şənbə)

“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov 
“Bayıl Arena”, 17:00

“Qəbələ” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Qəbələ şəhər stadionu, 19:00

6 may (bazar)

“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
“Azersun Arena”, 19:00

 

Hadisə