Cümə günü 25 May 2018

İdman

Fərid Məmmədov 'Kəpəz'in əsas komandasına dəvət alıb

Samirə Süleymanlı - 04/05/2018

“Kəpəz”in əvəzedici heyətinin üzvü Fərid Məmmədov ilk dəfə olaraq əsas komandaya çağırılıb. “Sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov “Sumqayıt”la oyun öncəsi gənc futbolçuya dəvət göndərib.

Fərid Məmmədov bu gün keçirilən məşq prosesində də iştirak edərək özünü ən yaxşı tərəfdən göstərməyə çalışıb.

Mövqecə sol cinah yarımmüdafiəçi olan Fəridin 18 yaşı var. O, əvəzedici heyətlə yanaşı, klubun U-19 komandasının da şərəfini qoruyur.

Hadisə

Cəmiyyət